Nazirlik Şaxta babaya məktub yazan uşağı sevindirəcək
Bizi izləyin

Sosial

Nazirlik Şaxta babaya məktub yazan uşağı sevindirəcək

Təhsil Nazirliyi Şaxta babaya məktub yazan şagirdə baş çəkəcək.

Publika.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Feysbuk səhifəsində məlumat yayıb:

"Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm