Sosial
İnsanların qorxduğu 3 məsələ... - Psixoloq məsləhəti
Cəmiyyəti və hislərimizi nəzərdən keçirəndə görürük ki, insanlar güvənməkdən, həqiqəti deməkdən və özü olmaqdan qorxurlar.
Teleqraf.com xəbər verir ki, bu qorxuların səbəbləri və onlarla mübarizə yolları barədə psixoloq Aygün Cəfərova məlumat verib.
O bildirib ki, ilk olaraq başqasına etibar etməkdən qorxuruq: “Geridə qoyduğumuz həyat yolu dost xəyanəti, yalan ,saxtakarlıq və məyusluqla dolu olur. Həyat bizə dərslər verib və bu dərslərdən aldığımız yaraları sağaltmaq çətindir.
İnsanlara güvənmək gündən-günə çətinləşir, zaman ötdükcə güvənc hissimizi itiririk. Yaş artdıqca insanları daha tez tanımağı və məqsədlərini anlamağı öyrənirik. Bu təcrübə və biliklərlə yaşamaq çətinləşir, lakin bunun sayəsində daha da müdrikləşdiyimiz sirr deyil.
Qəlbimizin isə qəribə bir xüsusiyyəti var – o, bir gün mütləq sağalır.
Bunun baş verməsi üçün isə insanlardan uzaq durmamaq lazımdır. Nə baş verməsindən asılı olmayaraq sevmək və sevilmək gərəkdir.
Bir və ya bir neçə insana görə bütün insanlıq haqqında hökm çıxarmayın. İnsanlara şans verin, lakin bu dəfə daha ağıllı və ehtiyatlı seçim etməyə çalışın”.
Aygün Cəfərova qeyd edib ki, uşaqlıqdan bir çoxumuza kiçik yalanların daha böyük yalanlara yol açdığını öyrətdikləri üçün həqiqətdən qorxuruq: ”İstənilən yalan özü ilə irili-xırdalı problemlər gətirir və siz durmadan yalan danışmağa məcbur olursunuz. Biz çox nadir hallarda həqiqəti tam deyirik, düşünürük ki, həqiqətlər bizim gələcək xoşbəxt həyatımıza maneə törədə bilər.
İstənilən situasiyada həqiqəti birbaşa deməyi öyrənin. Yalan danışmayın, susmaq bu halda daha yaxşıdır, nəinki yalan danışmaq. Heç bir şübhə olmadan etibar olunan insana çevrilməyə çalışın”.
Psixoloq insanların özləri olmaqdan qorxduğunu da deyib: “Ətrafımızda olan bütün insanların yanında özümüz olmağa çalışmırıq. Maskalar bizim gündəlik aksessuarımıza çevrilib. “Özün kimi olmaq” ifadəsi indi çox dəbdə ola bilər, lakin heç kim bunu etməyə cəsarət eləmir.
Özünüzün nə istədiyinizi hər zaman yadda saxlayın. Öz arzularınıza doğru addımlayın. Başqa insanların yanında rahat davranmağa özünüzə icazə verin.
Hər zaman və hər yerdə yaşamağa çalışın. Yanınızdan ötüb keçən insanlar haqqınızda düşündüyü şeylər nə qədər əhəmiyyətli ola bilər ki?”
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı