Hava şəraiti ilə bağlı "Azərsu" gücləndirilmiş iş rejimində çalışacaq
Bizi izləyin

Sosial

Hava şəraiti ilə bağlı "Azərsu" gücləndirilmiş iş rejimində çalışacaq

Yaxın iki gün ərzində respublika ərazisində müşahidə ediləcək hava şəraiti ilə əlaqədar olaraq “Azərsu” ASC də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Publika.az-a qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, hava şəraiti ilə əlaqədar olaraq “Azərsu”Açıq Səhmdar Cəmiyyətində iclas keçirilib.

“Sukanal, eləcə d digər idarələrin rəhbərlərinə tapşırıq verildi. Bütün qurumlarımız gücləndirilmiş iş rejimində çalışacaq, yerli idarələrin rəhbərləri iş başında olacaq. Çalışacağıq ki, əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edək. Hər hansı qəza və digər halların aradan qaldırılması üçün bütün qüvvələrimiz səfərbər ediləcək. Artıq hazırlıqlar başa çatıb, yerli sukanal idarələri gücləndirilmiş iş rejimində çalışacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm