"Azərişıq"da da daha bir rəis işdən çıxarıldı - TƏYİNAT
Bizi izləyin

Sosial

"Azərişıq"da da daha bir rəis işdən çıxarıldı - TƏYİNAT

"Azərişıq" ASC-nin Bakı regionunun Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Tahir Əliyev tutduğu vəzifədən azad edilib.

Onun yerinə Rasim Həsənov təyin edilib.

Həmçinin, "Azərişıq"ın Texniki departamentinə yeni direktor təyin edilib. Bu vəzifə əvvəllər həmin departamentdə Texniki idarənin rəisi işləmiş Qədir İsmayılova həvalə edilib.

"Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev faktı təsdiq edib.

Qeyd edək ki, "Azərişıq"ın Texniki departamentinin keçmiş rəisi Ziyəddin Quliyev "Azərenerji" ASC-yə vitse-prezident təyin edilib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm