Azərbaycanda boşanmaların sayı niyə artır? - VİDEO
Bizi izləyin

Sosial

Azərbaycanda boşanmaların sayı niyə artır? - VİDEO

Azərbaycanda biruşaqlı ailələrdə boşanma halları təxminən 71 faiz, iki və daha çox uşağı olan ailələrdə boşanma halları 38 faiz artıb.

2017-ci ildə boşananların 6 444 nəfəri uşağı olmayan, 3 946 nəfəri bir uşağı olan, 4 124 nəfəri iki və daha çox uşağı olan şəxslər olub. Ümumilikdə isə boşananlar arasında uşaqsız ailələr çoxluq təşkil edir. Lakin əvvəlki illərin statitikasına nəzər yetirdikdəuşağı olmayan ailələrdə boşanma hallarının azaldığını görmək olur.

Sosioloqlar deyir ki, bu rəqəmin artmasının səbəbi ailə planlamasının düzgün aparılmamasındadır.

Ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsinin baş məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə, son illərdə müşahidə edilən rəqəm nəzərəşarpacaq dərəcədə yüksəkdir. Problemin əsas səbəbləri komitə tərəfindən də araşdırılır. Buistiqamətdə isə xüsusi dövlət proqramının icrasına başlanılacaq.

Vətəndaşlar isə boşanmalarının sayının artmasını müxtəlif səbəblərdə görürlər.

Onu da xatırladaq ki, 2018-ci ilin yalnız yanvar-oktyabr aylarında qeydə alınmış boşanma hallarının sayı 12 min nəfərdən çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm