Sosial
Azərbaycanda 8 prokurorluq əməkdaşı vəzifədən azad edilib
2018-ci ildə Azərbaycanda prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində 31 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.
Publika.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə bu gün keçirilmiş geniş kollegiya iclasında qeyd edilib. Bildirilib ki, hesabat dövründə intizam məsuliyyətinə cəlb edilən prokurorluq işçilərindən 16-na töhmət və şiddətli töhmət elan edilmiş, 1 nəfər aşağı vəzifəyə keçirilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 6 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
Kollegiya iclasında bildirilib ki, hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla 431 vəzifəli şəxs barəsində 278 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. həmin işlər üzrə 53.3 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilməklə 34.2 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.
Həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyətində respublikanın dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm vermiş, hesabat dövründə Baş İdarə ilə Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura komitələri, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında aidiyyəti sahələrdə korrupsiyaya qarşı birgə mübarizənin daha effektiv şəkildə təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək