• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Mədəniyyət Nazirliyi ilə British Council arasında əməkdaşlıq sənədi imzalandı

Mədəniyyət Nazirliyi ilə British Council arasında əməkdaşlıq sənədi imzalandı

Böyük Britaniyaya səfəri çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev British Council-ın rəhbəri Kristofer Rodriges ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak etmişdir.

Görüş zamanı Azərbaycan və British Council arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Əbülfəs Qarayev British Council ilə uzun illər ərzində davam edən sıx əməkdaşlıq nəticəsində həm teatr, həm də mədəniyyətin digər sahələrində qarşılıqlı əməkdaşlığın daha da dərinləşdiyini qeyd etmişdir. Nazir xüsusilə 2018-ci ildən etibarən Mədəniyyət Nazirliyinin British Council ilə ölkədə mədəniyyət və yaradıcı sənayelərin inkişafı sahəsində əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürdüyünü və British Council tərəfindən bu təkliflərin dəstəkləndiyini bildirmişdir. Artıq Mədəniyyət Nazirliyinin British Council ilə əməkdaşlığı nəticəsində xarici ekspertlərlə birgə ölkəmizdə mədəni sənayelərin vəziyyəti ilə bağlı hesabat hazırlanmışdır və hazırda Yol Xəritəsi layihəsi üzərində iş aparılır.

Bununla yanaşı British Council ilə fiziki məhdudiyyətli şəxslərin mədəni həyata inteqrasiyası ilə bağlı bir sıra layihələr həyata keçirilmişdir ki, bu da həmin şəxslərin mədəni həyatda iştirakının artmasına kömək etmişdir.

British Council-ın rəhbəri Kristofer Rodriges Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək ölkəmizin inkişafını diqqətlə izlədiyini və humanitar sahənin bütün istiqamətlərində birgə əməkdaşlığa hazır olduğunu qeyd etmiş və bildirmişdir ki, British Council-ın bir çox ölkələrlə həyata keçirdiyi layihələr mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir.

Əbülfəs Qarayev öz növbəsində Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə əsası qoyulan “Bakı prosesi” və bu çərçivədə həyata keçirilən beynəlxalq tədbirlər barədə məlumat vermişdir. Həmçinin nazir cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Ümumdünya mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirərək Forumda British Council-ın rəhbərliyini görməkdən məmnun olacağını qeyd etmişdir.

Görüşün sonunda Mədəniyyət Nazirliyi ilə British Council arasında Niyyət Sazişi imzalanmışdır. Bu saziş Azərbaycanla British Council arasında beş il müddətində gələcək əməkdaşlığın fəaliyyət proqramını müəyyən edəcək və bu fəaliyyət proqramı mədəniyyətin bütün istiqamətlərini əhatə edəcəkdir.

Görüşün sonunda Ə.Qarayev British Council-ın rəhbərinə öz təşəkkürünü bildirərək onu may ayında Bakıda keçiriləcək 5-ci Ümumdünya mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət etmişdir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR