Sosial
Canlı yayımda İŞƏ DƏVƏT OLUNDU - AZƏRBAYCANDA
“ASAN xidmət”in bu il açılacaq yeni mərkəzlərində çalışmaq istəyən həmin bölgələrin sakinləri indidən sənədlərini hazırlamalıdırlar”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN Radio"nun "QəbuldASAN" proqramında deyib.
Onun sözlərinə görə, söhbət “ASAN xidmət”in açılacağı bölgələrdə yaşayan gənclərin işə qəbul olunmasından gedir: “Çünki bu həm də yeni iş yerinin açılması deməkdir. Ona görə də gənclərdən işə qəbulla bağlı sənədlərini indidən hazırlamalarını xahiş edirəm. Biz və Dövlət İmtahan Mərkəzi (DİM) işə qəbulla bağlı elanı ictimaiyyətə təqdim edəcəyik”.
Ü.Mehdiyev həmçinin canlı yayımda “ASAN xidmət”in Balakən rayonunda açılacaq mərkəzində işləmək üçün müraciət edən yerli sakin Qabil Mustafayevi məmnuniyyətlə işə dəvət etdiyini və vakansiya elan olunan kimi sənədlərini təqdim etməyi istəyib.
Qeyd edək ki, bu il ərzində Şamaxı, Kürdəmir, Ağcabədi, Tovuz və Balakən rayonlarında “ASAN xidmət” mərkəzləri açılacaq.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR