Sosial
Nəsimi rayonunda Novruz yarmarkası yaradıldı
Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtda 14 ünvanda və ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, artıq bu gündən etibarən paytaxtın Nəsimi rayonunda yaradılan satış yarmarkası Seyid Cəfər Pişəvari küçəsi 2A, (“Agro Mall”, 3-cü mikrorayon dairəsinin yaxınlığı) ünvanında fəaliyyət göstərir.
Hər cür şəraitə malik olan bu yarmarkada respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Burada məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaqdır.
Qeyd edək ki, Prezident Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq Novruz bayramı ərəfəsində paytaxtın bütün rayonlarında kənd təsərrüfatı məhsulları yarmarkaları yaradılıb.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı