Deputatdan MARAQLI TƏKLİF: Süni bahalaşmanın qarşısını belə alaq
Bizi izləyin

Sosial

Deputatdan MARAQLI TƏKLİF: Süni bahalaşmanın qarşısını belə alaq

"Komitənin iclasında bir sıra məsələləri qaldırmışdım. Hesab edirəm ki, öncədən razılıq alınmadan cəzaçəkmə müəssisələrinə gedilməsi çox müsbət hadisədir".

Publika.az
xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli Milli Məclisdə Ombudsmanın məruzəsinin müzakirəsi zamanı səsləndirib.

Deputat qeyd edib ki, ölkədə ciddi islahatlar keçirilir, minimum əmək haqları, müavinatlar, təqaüdlər artırılır: “Ancaq bəzən bunun ardınca süni şəkildə bahalaşma da olur. Mən təklif edirəm ki, Ombudsman bu istiqamətdə də fəaliyyət göstərsin, bahalaşmanın qarşısını almaq üçün tədbirlər görsün”.

Deputat daha sonra qeyd edib ki, prezident məhkəmə-hüquq islahatlarının aparılacağına dair anons verib: “Mən bir məqamı Ombudsmanın diqqətinə çatdırmaq istərdim. Hesab edirəm ki, təqsirsizlik prezumpsiyası ancaq məhkəmədə müəyyən edilə bilər. İnsanın təqsirli olub-olmamasını ancaq məhkəmə müəyyən edə bilər. Belə olarsa, bu təhqiqat, istintaq işlərinə müsbət təsir edəcək. Fikrimcə, bu məqam da nəzərə alınmalıdır”.

Tahir Kərimli həmçinin təklif edib ki, Ağsu və Şamaxı şəhəri qoruq elan olunsun, habelə Qəbələ şəhərinin 2500 illiyi keçirilsin.
Deputat həmçinin Çələbi xan, İbrahim xan və digər tarixi şəxsiyyətlərin adının əbədiləşdirilməsini təklif edib.

“Tahir müəllim, biz burada hökumətin deyil, Ombudsmanın hesabatını dinləyirik”,- deputatın təkliflərinə reaksiya verən vitse-spiker Ziyafət Əsgərov deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm