“Diqlas”dakı sahibkarlara ödəniləcək maddi yardımın məbləği AÇIQLANDI
Bizi izləyin

Sosial

“Diqlas”dakı sahibkarlara ödəniləcək maddi yardımın məbləği AÇIQLANDI

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”nı təsdiqləyib.

Bu barədə Hüquqi Aktların Dövlət Reyestri xəbər verir.

Qaydaya əsasən, iş adamlarına maddi yarım nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən, plastik kartla ödəniləcək. Ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlar 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlar isə 2 min manat yardım alacaqlar. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm