Bulvara giriş bərpa edildi
Bizi izləyin

Sosial

Bulvara giriş bərpa edildi

“Formula-1” Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Dənizkənarı Milli Park ərazisinə girişə məhdudiyyət bu gün səhər saatlarında aradan qaldırılıb.

Dənizkənarı Bulvar İdarəsindən Publika.az-a verilən məlumata görə, artıq Bulvar ərazisinə daxil olmaq üçün hər hansı məhdudiyyət yoxdur.

“Formula-1” Azərbaycan Qran-Prisi ilə əlaqədar bağlı olan yollar isə sabahdan nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm