​​​​​​​Qarabağ Seyid Ocaqları müsəlmanları bir araya topladı - FOTO
Bizi izləyin

Sosial

​​​​​​​Qarabağ Seyid Ocaqları müsəlmanları bir araya topladı - FOTO

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli dünən Müqaəddəs Ramazan ayı və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib.

Publika.az xəbər verir ki, tədbirdə Ulu öndər Heydər Əliyev və şəhidlərimiz rəhmətlə anılıb.

Sonra çıxış edən ilahiyyatçı Hacı Şahin Həsənli Ramazan ayının İslam tarixində xüsusi yerə malik olduğunu diqqətə çatıdırıb: “Bu ay təsadüfən “11 ayın sultanı” adlandırılmır. Ramazan ayının mənəvi həyatımızda əhəmiyyəti olduqca böyükdür. Hər bir müsəlman bu ayda xeyirxah əməllərə sahib olmağı bacarmalıdır. Məhz bu kimi addımlar hər bir insanın mənəvi həyatını zənginləşdirər”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Camal Əzimbəyli tədbirin və iftar süfrəsinin “Cənnət” Şirkətinin dəstəyi ilə təşkil olunduğunu diqqətə çatıdırıb. O, müqəddəs Ramazan ayının mübarək fəzilətlərindən söz açıb: “Məhz bu ayda Allah-Təala tərəfindən “Qurani-Kərim” nazil olunub. Belə bir müqəddəs ayda Azərbaycanın, millətimizin birlik və bərabərliyinin mühafizə olunması, eləcə də işğal altında olan torpaqlarımızın azadlığı üçün dua etmək imandandır. Uca Yaradan hər birimizə Qarabağ torpaqlarında iftar süfrələri açmağı nəsib etsin!

Bu ayda edilən savab əməllər Allah dərgahında heç vaxt cavabsız qalmır. Ona görə də şəhid, qazi ailələrini Ramazanda daha çox ziyarət etmək və onları sevindirmək, xeyirxah işlər görmək bu ayın şəninə hörmət əlamətidir. Bu ilahi fürsəti qaçırmayaq”.

Tədbirdə ilahiyyatçı alimlər Elvüsal Məmmədov, Ağa Hacıbəyli, Mirhəmid Məmmədov, Aslan Həbibov, “Heydər Məscidi”nin imamı Rza Rzayev və digərləri iştirak ediblər.

İlahiyyatçı alimlər də Ramazan ayının fəzilətləri barədə geniş söz açıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm