Sosial
Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO
Ölkəmizdə ilk dəfə bir qəbirstanlığın saytı yaradılacaq. Söhbət paytaxtın böyük məzarlıqlarından biri olan Yasamal qəbirstanlığından gedir.
Nazirlər Kabinetinin qərarı ilə avqustun 1-dən qəbirstanlıq Yasamal Bələdiyyəsinin idarəçiliyinə verilib.
Bundan sonra qəbirstanlığın abadlaşdırılması ilə yanaşı informasiya sisteminin formalaşdırılmasına başlanılıb.
Abadlaşdırma işləri çərçivəsində qəbirlər siyahıya alınır, burada nə qədər insanın dəfn edildiyi dəqiqləşdirilir. Hazırda 400 qəbirlə bağlı məlumatlar öyrənilib. Bu rəqəmin bir neçə yüz mini keçəcəyi dəqiqdir.
Artıq məzarlarla bağlı məlumatların elektronlaşdırılmasına start verilib. Qəbirlərinin şəkilləri çəkiləcək və müvafiq saytda yerləşdiriləcək. Məlumatlarda məzar daşı, dəfn olunduğu ölkə və şəhər qeyd ediləcək. Ölən şəxsin yaxınları dünyanın istənilən yerindən həmin sayta daxil olaraq məzarın harada yerləşdiyini öyrənə biləcək.
Proqram təminatında nömrələnmiş qəbirlərin kimə aid olduğu haqqında məlumatların elektron sistemə qeyd edilməsinə başlanılıb.
Bütün məzarların nömrələnməsindən sonra sayt tam hazırlanaraq istifadəyə veriləcək. Hazırda qəbirlərin siyahıya alınması davam etdilir.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək