Sosial
“Zəfər”dən yeni LAYİHƏ
“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının mənfi nəticələrinin aradan qaldırılmasına dəstək” adlı layihə həyata keçirəcək.
Publika.az xəbər verir ki, layihə çərçivəsində Abşeron rayonu Qobu və Masazır qəsəbələrində yerləşən 3 köçkün məktəbində müəllim, şagird, valideyin kollektivi məişət zorakılığının qarşısının alınmasının hüquqi imkanları, məişət zorakılığının mənfi hüquqi, tibbi, sosial nəticələri barədə maarifləndiriləcək, yüksək mədəniyyətə, qarşılıqlı hörmətə əsaslanan ailə münasibətləri təbliğ ediləcək.
Şagird, müəllim və valideyin kollektivi arasında məişət zorakılığı, onun törətdiyi fəsadlar, zorakılığın qarşısının alınması yolları, məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Həmçinin, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunun”dan irəli gələn məsələlər iştirakçıların diqqətinə çatdırılacaq, sadə dillə onlara izah ediləcək. İştirakçılar məişət zorakılığının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işlərlə bağlı bilgiləndiriləcək.
İştirakçıları maraqlandıran suallar ekpertlət tərəfindən cavablandırılacaq. Layihə iştirakçılarına mövzunu əhatə edən buklet paylanacaq. Layihə 3 ay əzində (avqust-oktyabr) həyata keçiriləcək.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"