
Elektrik enerjisinin bərpası ilə bağlı işlər nəticə vermir. Ərazidə 2,5 saatdır ki, işıq yoxdur.
***
00:34
Paytaxtın Xətai rayonunun bir hissəsində elektrik enerjisi kəsilib.
Axar.az xəbər verir ki, rayonda elektrik enerjinin verilməsi artıq bir saatdan çoxdur dayandırılıb.
Elektrik enerjisinin kəsilməsi ilə bağlı səbəb açıqlanmayıb.
Azərişıq ASC-dən bildirilib ki, ərazidə qəza baş verib, hazırda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.
Qeyd edək ki, Xətai rayonunun ayrı-ayrı məhəllələrində elektrik enerjisi tez-tez kəsilir.