Sosial
Nazirlik bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verdi - - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Lənkəran rayonunda və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış mənzillər bir qrup şəhid ailəsi və müharibə əlilinə təqdim edilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim olunması zamanı vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı ildən-ilə geniş miqyas alır. 2018-ci ildə nəzərdə tutuldğundan 3 dəfədən çox, yəni 626 mənzil həmin insanlara təqdim olunub. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 253 mənzil verilib. Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6907 mənzil mənzil təqdim edilib.
Yeni mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən razılıqla bəhs ediblər. Onlar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yüksək qayğı göstərildiyinə, yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR