ATV-də KORONAVİRUS HƏYƏCANI: “İkinci testin nəticələrini gözləyirik”
Bizi izləyin

Sosial

ATV-də KORONAVİRUS HƏYƏCANI: “İkinci testin nəticələrini gözləyirik”

“Koronavirusa yoluxan əməkdaşlarımızla bağlı ikinci testin nəticələrini gözləyirik”.

Bu sözləri Publika.az-a açıqlamasında “Azad Azərbaycan” (ATV) televiziyasının icraçı direktoru İsmayıl Həsənov deyib.

Direktor bildirib ki, virusa yoluxan əməkdaşların səhhəti yaxşıdır:

“İki əməkdaşımızın koronavirus testinin nəticəsi müsbət çıxıb. Vəziyyətləri hazırda yaxşıdır. Özləri ilə mütəmadi əlaqədəyik. Ciddi simptom və narahatlıqları yoxdur, ancaq karantindədirlər, ikinci testin nəticələrini gözləyirik. Onlarla ünsiyyətdə olan digər əməkdaşlarımız isə testdən keçiriləcək”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm