İcra hakimiyyətindən ilanların girdiyi evlə bağlı AÇIQLAMA
Bizi izləyin

Sosial

İcra hakimiyyətindən ilanların girdiyi evlə bağlı AÇIQLAMA

Qaxın Əmircan qəsəbəsində ilanların məskunlaşdığı ərazi dezinfeksiya olunacaq.

Bu barədə Trend-ə Qax Rayon İcra Hakimiyyətinin Əmircan kənd inzibati ərazi üzrə nümayəndəsi İsmayıl Qasımov bildirib. Onun sözlərinə görə, həmin ərazidə ötən il də tez-tez ilanlar görünürdü:

“İlanların məskunlaşdığı yer ferma ərazisidir və bu hadisə ötən il də təkrarlanmışdı. Həmin vaxt ərazi dezinfeksiya olundu və ilanlar yoxa çıxdı. Artıq dünəndən yenidən sürünənlərin göründüyü və evlərə girməsi barədə məlumatlar daxil olub. Ferma ərazisində 4 yaşayış evi var, həmin evlərdə sabaha qədər yenidən dezinfeksiya işləri görüləcək”.

Qeyd edək ki, Qax rayon Əmircan qəsəbəsində məcburi köçkün ailələrinin yaşadığı ərazini ilan basıb. Sakinlərin sözlərinə görə, ilanlar bir neçə gündür evlərin ətrafında, hətta otaqlarda görünməyə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm