Sosial
İşsizlikdən sığorta ödənişləri: Şərtlər yumşaldılacaq, əhatə dairəsi genişlənəcək
Bu ödənişin müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslərə də şamil olunması təklif olunur
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a bildirilib ki, nazirlik tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb. Layihədə işsizlikdən sığorta ödənişlərinin şərtlərinin yumşaldılması və bu ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üçün təkliflər əksini tapır.
Mövcud qanunvericilikdə müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslərə azı 3 il sığorta stajına malik olduqda işsizlikdən sığorta ödənişinin təyin olunması nəzərdə tutulur. Yeni layihədə bu müddətin 3 ildən 1 ilədək azaldılması təklif olunur.
Həmçinin, layihədə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişinin təyin olunması təklifi yer alır.
Eləcə də işsizlikdən sığorta ödənişinin hesablanması, işsizlikdən sığorta ödənişlərinin elektron qaydada təyinatı və s. ilə bağlı təkliflər də layihədə əksini tapır.
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək