AzTV-nin baş redaktoru koronavirusdan VƏFAT ETDİ - FOTO
Bizi izləyin

Sosial

AzTV-nin baş redaktoru koronavirusdan VƏFAT ETDİ - FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin daha bir əməkdaşı koronavirusun qurbanı olub.

Publika.az xəbər verir ki, AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev koronavirusdan vəfat edib.

O, ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilib və orada müalicə olunub. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirək ki, iki gün öncə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nemətzadə Samir də koronavirus səbəbindən dünyasını dəyişmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm