Sosial
Qəzada faciəvi şəkildə ölən polkovnik dəfn edildi - FOTO
Bu gün Quba rayonunun Xınalıq kəndinə gedən yolda avtomobil qəzası nəticəsində vəfat etmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin qərargah rəisi polkovnik Mirzəyev Şahin İbrahim oğlu dəfn olunub.
Publika.az xəbər verir ki, zabitin nəşi axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhərində torpağa tapşırılıb.
Hərbi nizamnamə qaydalarına uyğun olaraq, fəxri mühafizə dəstəsinin müşayiəti ilə, əklil aparan və zabitin dövlət təltiflərini daşıyan hərbi qulluqçuların arxasınca polkovnik Ş.Mirzəyevin cənazəsi dəfn yerinə gətirilib.
Dəfn mərasimində Dövlət Sərhəd Xidməti rəisinin müavinləri və digər rəhbər vəzifəli şəxsləri, Cəlilabad rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri, rayon polis şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin əməkdaşları, zabitlər, gizrlər, çavuş və əsgərlər iştirak ediblər.
Zabit torpağa tapşırıldığı an xatirəsinə yaylım atəşi açılıb və Azərbaycan Respublikasının dövlət bayrağı zabitin oğluna verilib.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ