Sosial
İki rayonda maska taxmayanlar cərimələndilər
Masallı və Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələniblər.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Masallı və Cəlilabad Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qapalı məkanlarda təşkil olunan reyd zamanı gigiyenik vasitələrdən istifadənin zəruriliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb.
Xüsusilə market və digər ticarət obyektlərində keçirilən tədbirlər zamanı vətəndaşların əksəriyyətinin tibbi maska ilə bağlı tələbə riayət etdiyi görünsə də qaydalara, özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik göstərənlərə də rast gəlinib.
Reyd zamanı müştərilərlə yanaşı bəzi satıcıların da tibbi maskadan istifadə etmədiyi aşkar olunub. Bəzi şəxslərin isə tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən edilib. Onlarla profilaktik söhbətlər aparılıb və bir daha koronavirus xəstəliyinin fəsadları barədə məlumat verilib.
Polis əməkdaşları tərəfindən edilən profilaktik söhbətlərə və xəbərdarlıqlara rəğmən qaydaları pozan şəxslər barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və onlar cərimələniblər.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR