Binəqədi rayonunda müvafiq işlər görülür - Aygün Əliyeva
Bizi izləyin

Sosial

Binəqədi rayonunda müvafiq işlər görülür - Aygün Əliyeva

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əsasən bir sıra sahələrdə yumşalmanın tətbiqi ilə bağlı Binəqədi rayonunda da müvafiq işlər görülür.

Bu barədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Publika.az-a açıqlamasında məlumat verib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri, yerli icra hakimiyyətinin müvafiq şöbələri və digər aidiyyəti təşkilatlarla birlikdə qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərində və əhaliyə məişət xidmətləri göstərən obyektlərdə mütəmadi olaraq monitorinqlər aparılır.

“Ticarət obyektlərinin sahiblərinə qaydalara riayət edilməsinin zəruriliyi barədə mütəmadi olaraq xəbərdarlıqlar edilir, vətəndaşlar arasında isə sərt karantin rejimi dövründə əldə olunmuş müsbət nəticələrin itirilməməsi üçün maarifləndirmə və məlumatlandırma işləri aparılır. Sosial məsafə saxlamaq, maska taxmaq və gigiyenik qaydalara əməl etməyin vacibliyi bildirilir”, - A.Əliyeva qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm