Sosial
ASAN-da bu xidmətin göstərilməsində problem yarandı
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində xidmətlərdən birinin göstərilməsində problem yaranıb.
Publika.az xəbər verir ki, qurumun mərkəzlərində "ASAN imza sertifikatı"nın verilməsi xidməti dayandırılıb.
Belə ki, “ASAN xidmət” mobil tətbiqi vasitəsilə həmin xidmət üzrə onlayn növbə verilsə də, mərkəzlərdə vətəndaşlara həmin xidmətin dayandırıldığı bildirilir və bu, proqram yenilənməsi ilə izah edilir.
Qeyd olunur ki, "ASAN imza sertifikatı" verilməsi xidməti avqustun sonu, sentyabrın əvvəli bərpa olunacaq.
Onu da bildirək ki, bu xidmətin "ASAN xidmət" mərkəzlərində göstərilməsinə baxmayaraq bu işi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları həyata keçirir. Dövlət Vergi Xidmətindən "Report"a bildirilib ki, məsələ ilə bağlı dəqiqləşdirmə aparılır.
Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi