Millət vəkili parlamentdə Tarif Şurasını YIXIB-SÜRÜDÜ: Ləğv edilsin və... - VİDEO
Bizi izləyin

Sosial

Millət vəkili parlamentdə Tarif Şurasını YIXIB-SÜRÜDÜ: Ləğv edilsin və... - VİDEO

Video əlavə olunub.

***

“Kimsə qazandığımız qələbəyə kölgə salır. Tarif Şurası toplaşır qiymət qaldırır. Biz isə camaatın içinə çıxa bilmirik”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib.

O deyib ki, Tarif Şurasında kimlərin təmsil olunduğu, orada kimlərin olduğunu bilmir: “Toplaşıb qəfil qərar verirlər. Diqqət isə dövlətə qarşı çevrilir. Zəlzələnin də öncədən baş verəcəyi bilinmədiyi kimi, Taarif Şurasının da qərarları əvvəlcədən bilinmir”.

Deputat diqqəti konstitusiyanın 12 maddəsinə çəkərək xatırladıb ki, bu maddəyə əsasən hökumətin ali məqsədi vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir.

Sonda millət vəkili deyib ki, Tarif Şurasını ləğv etmək və ya hansısa nazirliyin səlahiyyətinə vermək lazımdır.

Nemət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm