Rəssam qazimiz gözündən əməliyyat ediləcək - FOTO
Bizi izləyin

Sosial

Rəssam qazimiz gözündən əməliyyat ediləcək - FOTO

Vətən müharibəsinin daha bir qazisi Nərimanlı Sarxan Füzuli oğlu əməliyyat olunacaq.

Publika.az xəbər verir ki, müharibədə bir gözünü itirmiş qazi İsraildən gələn həkimlər tərəfindən artıq bir dəfə əməliyyat olunub. İkinci əməliyyatda ona süni göz qoyulacaq.

Özünü yaxşı hiss edən qazimizin üzərində kosmetik, plastik əməliyyat işləri görülür.

Onu da qeyd edək edək ki, rəssamlıq istedadı olan Sarxan həqiqi hərbi xidmətinin 9-cu ayında Vətən müharibəsində iştirak edib. O, Qubadlı, Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlərdə iştirak edib.

Oktyabrın 26-da Cəbrayıl uğurunda gedən döyüşdə mərmi qəlpələri onu ağır yaralayıb.

Biləsuvar rayonunun İsmətli kəndindən olan 19 yaşlı gəncimiz “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm