Sosial
“Oxu saatı”nın növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq
23 aprel Ümumdünya Kitab Günü münasibətilə “Nar” və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə başlayan “Oxu saatı” layihəsi davam edir.
Publika.az xəbər verir ki, 14 may saat 12:00-da baş tutacaq onlayn görüşün növbəti qiraətçisi xalq artisti Zülfiyyə Xanbabayeva olacaq. O, izləyicilər üçün dünyaca məşhur nağıllar oxuyacaq. Görüşə qoşulmaq üçün bu keçidə daxil olmaq, yaxud “Nar”ın rəsmi Feysbuk və Yutub kanallarında yayımı canlı şəkildə izləmək mümkündür.
Qeyd edək ki, “Oxu saatı”nın buna qədər qonaqları xalq yazıçısı Çingiz Abdullayev, televiziya aparıcıları Nərgiz Cəlilova və Ceyhun Əli olublar. Onlar məktəblilərə mütaliənin, kitabın əhəmiyyətindən danışıb, müxtəlif nağıllar, hekayələr oxuyublar. Ümumilikdə 6100-dən çox məktəbli “Oxu saatı” layihəsinin dinləyicisi olub.
Təhsil Nazirliyinin də dəstəyilə reallaşan layihənin əsas məqsədi pandemiya dövründə məktəblilərin maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək olmaqdır.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı