Aqil Abbas deputatların maaşlarından danışdı: “Müharibədən çıxmışıq”
Bizi izləyin

Sosial

Aqil Abbas deputatların maaşlarından danışdı: “Müharibədən çıxmışıq”

Son günlər sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də deputatların maaşlarının, eləcə də vəzifə səlahiyyətlərinin artırılmasıdır. Hətta məsələ ilə bağlı bəzi millət vəkilləri də fikir bildiriblər. Onlardan bəziləri deputat maaşlarının normal olduğunu söyləsə də, bəziləri səlahiyyətlərinin artırılması arzusunda olduğunu gizlətməyib.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbasın da fikirlərini öyrəndik. Deputat Publika.az-a açıqlamasında söylədi ki, deputatların vəzifə və səlahiyyətlərinin artırılması ilə bağlı səsləndirilən fikirlərdən xəbərsizdir:

“Sözün düzü, bu barədə eşitməmişəm. Amma indiki dövrdə, xüsusən də müharibə şəraitindən çıxdığımız, böyük bir müharibə aparıb qələbə çaldığımız bir zamanda deputatların maaşlarının artırılmasına nə ehtiyac var?! Deputatlar normal maaş alırlar. Eyni zamanda, deputatların çox böyük səlahiyyətləri var. Bundan başqa millət vəkillərinə hansı səlahiyyətlər verilməlidir ki?! Deputatların səlahiyyətləri Konstitusiyada və parlamentin nizamnaməsində qeyd edilib. Mən onların hamısına baxmışam. Millət vəkillərinin səlahiyyətləri kifayət qədərdir. Deputatın səlahiyyətlərindən az-çox xəbərim var və onlardan da seçicilərimin problemlərinin həll olunmasında, eləcə də müəyyən məsələlərdə istifadə edirəm. Mən yazıçıyam, tanınmış adamam. Mənə dövlət idarələrində məmurlar bir az daha çox hörmətlə yanaşırlar. Ola bilsin, səbəblərdən biri də budur”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm