Azərbaycan əhalisinə ŞAD XƏBƏR: Yeni qaydalar hazırlanır - TOYLARA İCAZƏ VERİLƏCƏK
Bizi izləyin

Sosial

Azərbaycan əhalisinə ŞAD XƏBƏR: Yeni qaydalar hazırlanır - TOYLARA İCAZƏ VERİLƏCƏK

Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır.

Publika.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-də deyib.

Y.Qarayeva bildirib ki, bu və digər məsələlərlə bağlı rəsmi açıqlamaları gözləmək lazımdır: “Ümumiyyətlə, vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, istərsə də insanların kütləvi toplaşmasına səbəb olan digər mərasimlərimiz, hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır və ictimaiyyətə açıqlanacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm