Sosial
Bu şəxslər açıq havada da maska taxmalıdır - XƏBƏRDARLIQ
"Pandemiya zamanı sərt karantin rejiminin yumşaldılması həm əhalinin məsuliyyətinin artması, maskadan daha çox insanın düzgün istifadə etməsi, təhsil müəssisələrinin bağlı qalması, təbii iqlim şəraiti (virusun mutant variantının xüsusiyyətlərinin zəifləməsinə səbəb olur - red) və COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi səbəbindən oldu".
Bunu həkim-infeksionist Nilufər Məmmədova deyib.
İnfeksionist bildirib ki, hər nə qədər karantin yumşaldılsa da maskadan istifadə, sosial məsafə və əl gigiyenası qaydalarına mütləq riayət olunmalıdır:
"Təbii ki, yumşalmalar barədə qərarın verilməsində vaksinasiyanın da rolu böyükdür. Çünkü Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdı. Ancaq insanlar yenə də karantin rejiminin yumşaldılmasına baxmayaraq daimi olaraq əl gigiyenasına riayət etməlidir, sosial məsafəni gözləməlidir, vaksinasiya olunmalı olan şəxslər mütlə vaksinasiya olunmalıdır, qapalı məkanlardan bacardıqca uzaq durmaq lazımdır. Əgər qapalı məkanlardan məcburi şəkildə istifadə etmək zərurəti yaranıbsa, mütləq tibbi maskadan istifadə edilməlidir və məkan havalandırılmalıdır.
Açıq havada da simptomları (kəskin respirator xəstəlik - soyuqdəymə, qrip) olan şəxslərin maska taxması məqsədə uyğundur. Bu, bizi təkcə koronavirusdan deyil, digər hava damcı yolu ilə keçən infeksiyalardan da qoruyacaq. Yəni simptomu olan şəxsin hər yerdə maska taxması digər insanları hər hansı bir hava damcı yolu ilə keçən xəstəliklərdən qoruyacaq. Ona görə də hər nə qədər də qaydalar yumşaldılsa da dediyim bu nüanslara insanlar riayət etməkdə davam etməlidirlər". (milli.az)
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi
-
Hadisə13:36
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - Vəfat etmiş 11 şəxsi sağ kimi göstərib və...
-
Sosial13:00
Sabah Bakıya sulu qar yağacaq - PROQNOZ
-
Sosial12:30
Onlar da əmək pensiyası alacaq
-
Yaxın Şərq11:42
Üç ssenari: Suriyanın taleyi necə olacaq?
-
Avropa11:18
Almaniyada əhaliyə müraciət edildi: Hücum gözlənilir, ərzaq ehtiyatı tutun