Dünya
Yunanıstan və Kipr hərəkətə keçdi: Bu ölkədən Türkiyəyə qarşı istifadə edəcəklər
Suriyanın yeni hökuməti ilə imzalanması planlaşdırılan "Dəniz Yurisdiksiya Sahəsi" ilə bağlı xəbərlər Yunanıstan və Cənubi Kipri hərəkətə keçirib. Qahirədə keçirilən üçlü zirvə toplantısında Misir lideri Əbdülfəttah Sisi ilə görüşən yunan liderlərinin yeganə gündəmi Şərqi Aralıq dənizində razılaşmanın qarşısını almaqdır.
Publika.az xəbər verir ki, Ankara və Qahirənin atdığı son normallaşma addımları Şərqi Aralıq dənizində Türkiyənin məhdudlaşdırılması üçün qurulan "Misir-Yunanıstan-GCASC" üçlü mexanizmini sual altına qoyur.
Yunanıstanın baş naziri Kriyakos Mitsotakisin Qahirəyə səfərini və Şərqi Aralıq dənizindəki üçlü ittifaqın gələcəyini qiymətləndirən təqaüddə olan admiral Cihat Yaycının fikrincə, Türkiyə Suriya və Fələstinlə müqavilə bağlamağa tələsməlidir:
“Yunanıstan və Cənubi Kipr həmişə olduğu kimi Türkiyəyə qarşı cəbhə yaratmaq üçün vaxt itirmədən Misirə gedib. Bu, çox diqqət çəkir. Çünki Yunanıstan və Cənubi Kipr Administrasiyası İsrailin törətdiyi soyqırımı dəstəkləyib. Onlar Cənubi Kipri İsrail üçün logistik dəstək bazasına çeviriblər. Belə bir vəziyyətdə Misirin onlara müraciət etməsi və münasibətləri davam etdirməsi çox maraqlıdır. Türkiyə ilə münasibətlərin yaxşılaşmasından narahat olan Yunanıstan və Kipr, Qahirə ilə əlaqələri yenidən normallaşdırmaq üçün təşəbbüs göstərməyə çalışırlar.
Türkiyənin Suriya və Fələstinlə bağlı dəniz yurisdiksiyasına mane olmaq istəyirlər. Misirin ərəb dünyasındakı nüfuzundan istifadə edərək həm Fələstin, həm də Suriya ilə müqavilə imzalanmasının qarşısını almağa çalışırlar. Belə getsə, “oyunumuz pozulacaq” deyirlər. Ona görə də bütün bu görüşlər, Yunanıstan və Rumların bu təşəbbüsləri göstərir ki, vaxt itirmədən Suriya və Fələstinlə dəniz yurisdiksiyası müqaviləsi bağlamalıyıq. Bu, ən mühüm sübutdur. Bu təşəbbüs Yunanıstanı panikaya salıb. Nəticədə görürük ki, tez hərəkət etmək lazımdır”.
O əlavə edib ki, uzun fasilədən sonra Türkiyə ilə Misir arasındakı münasibətlərdə normallaşma əldə edilib:
“Əslində bu məsələdə Misiri narahat edən heç nə yoxdur. Çünki təklif etdiyimiz sahə daha böyükdür. Cənubi Kipr və Yunanıstan Misirin dəniz yurisdiksiyasını oğurlayır. Onlar təxminən 22 kvadrat kilometr ərazini oğurlayıblar. Yəni Kipr dənizi sahəsindən 2,5 dəfə böyük ərazidir. Üstəlik, Fələstinlə bağlayacağımız müqavilə nəinki Misirin hazırkı dəniz yurisdiksiyasına daxil olmayacaq, həm də daha çox dəniz sahəsi təmin edəcək. Misirin dəniz məkanına girməklə sahəsi artır. Ona görə də Qahirənin dənizdəki maraqları ilə zərrə qədər ziddiyyət yoxdur. Digər tərəfdən, Suriya ilə Türkiyə arasındakı razılaşmanın Misirlə heç bir əlaqəsi yoxdur”.
Aysel Şahmar
-
Kriminal19:55
Bakıda bu da oldu: müğənni olmaq istəyən qadın falçıya 12 min manat verdi - VİDEO
-
Sağlamlıq19:45
Azərbaycanda satılan bu məhsullarda GMO aşkarlandı - SİYAHI
-
Kriminal19:25
Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət işi başlandı
-
Cənubi Qafqaz18:55
Deputat avtomobil qəzasında öldü - Ermənistanda
-
İdman18:15
"Qarabağ"dan Juninyo ilə bağlı AÇIQLAMA
-
Dünya17:50
Yenə məcburi eniş: Bu dəfə ABŞ-dan uçan təyyarə Rusiyaya düşdü
-
Sosial16:03
Bakıda restorana hücum: yaralanan var - VİDEO
-
Region14:54
Ermənistan bu zavodu işə salır: Azərbaycanın tələbindən sonra köçürmüşdü