Millət vəkili ona irad bildirən şəxsdən danışdı: "Bacısını işə düzəltmişəm"
Bizi izləyin

Sosial

Millət vəkili ona irad bildirən şəxsdən danışdı: "Bacısını işə düzəltmişəm"

Millət vəkili Aydın Mirzəzadə sosial şbəkələrdə onun barəsində xoşagəlməz fikirlər yazan şəxslə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, Aydın Mirzəzadə həmin şəxsi tanıdığını qeyd edib:

"Mənə Mingəçevirdən bir nəfərin mənim haqqımda yazdığı iradı göndərdilər. Səhifəsinə daxil olub baxdım. Tanıdım. Atası ilə bir vaxtlar Mingəçevirdə Azərbaycan DRES-də bir yerdə işləmişik. Hətta evlərində olmuşam, o vaxtlar uşaq idi, qucağımda gəzdirmişəm.

Maşallah böyüyüb.

Onun bacısını işə düzəltmişəm. Rəhmətlik atası mənə zəng etdi ki , kürəkənim rəhmətə gedib, qızım ibtidai sinif müəllimidir, onu Mingəçevirdəki uşaq bağçalarının birinə tərbiyəçi kimi işə düzəltməyə kömək elə.

Baxmayaraq ki, ixtisası düz gəlmirdi, uşaq bağçalarında tərbiyəçi kimi işə düzəlmək çox çətin idi, təhsil nazirliyinə çıxaraq qızı işə düzəltdim.

Elədiyim yaxşılıqları üzə vuran deyiləm, amma mingəçevirli gənc təkidlə onun mənim haqqımda yazdığı irada rəy yazmağı xahiş edirdi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm