Bakıda bu obyektlər sudan qanunsuz istifadə ediblər - FOTO
Bizi izləyin

Sosial

Bakıda bu obyektlər sudan qanunsuz istifadə ediblər - FOTO

Bakının Nərimanov rayonunda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Araşdırmalar zamanı məlum olub ki, Əhməd Rəcəbli küçəsində avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən obyektdə yaxınlıqdan keçən su xəttinə qoşulma edilib və sudan qanunsuz istifadə olunub. Bununla əlaqədar dəymiş ziyan hesablanıb və obyektin su təchizatı dayandırılıb.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq içməli suyu talayan ünvanlardan biri də Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən ət kəsimi məntəqəsi olub. Sudan uçotsuz və sayğacdankənar istifadə edən obyektin su təchizatı dərhal dayandırılıb.

Nərimanov rayonu ərazisində yerləşən və 204 saylı marşrut avtobusunun qarajı kimi tanınan ərazidə də sudan qanunsuz istifadə halı aşkarlanıb. Məlum olub ki, yaxınlıqdan keçən su kəmərindən qaraj ərazisinə su xətti çəkilib və sudan uçotsuz istifadə olunub.

Müəyyən olunmuş hər bir fakt üzrə zəruri tədbir görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib. Eyni zamanda, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb və içməli sudan qanuni istifadənin yolları sahibkara izah edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm