Sosial
Uşaqlara müavinət verilir - 3 yaşadək/VİDEO
Yeni doğulan uşağa 3 yaşadək müavinət ödənilir. Bunun məbləği körpənin yaş yarımınadək 44 manat, yaş yarımından üç yaşadək isə 28 manat təşkil edir. Bu qayda işləməyən şəxslərə şamil edilmir.
Publika.az xəbər verir ki, bu haqda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili Xəzər TV-yə müsahibəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu müavinət çalışan şəxslərin qismən ödənişli sosial məzuniyyətdə olduqları dövrdə verilir. Bunun üçün işləyən şəxs qismən ödənişli məzuniyyətə çıxan zaman çalışdığı müəssisəyə müraciət etməlidir:
“Uşağın doğum haqqında şəhadətnaməsi əsasında müəssisə işçiyə onun ərizəsində qeyd etdiyi müddətdə, yəni uşağın 3 yaşı tamam olan dövr üzrə məzuniyyətə çıxması haqqında əmr verir. Bundan sonra şəxsin işlədiyi qurum uşağa 3 yaşa qədər aylıq pulun ödənilməsi üzrə müvafiq sənədləri sığortaçıya, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondununa (DSMF) təqdim edir. Həmin sənədlər əsasında müavinətin ödənilməsi təmin edilir”.
Ətraflı videomaterialda:
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI