Sosial
DGK “Təməl həyata dəstək və ilk yardım” mövzusunda təlimlər keçirir - FOTO
.jpg?v1675266375)
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-karantin xidməti “Təməl həyata dəstək (BLS) və ilk yardım” mövzusunda təlimlər keçirir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a verilən məlumata görə, noyabrın 28-dən başlanan və dekabrın sonunadək davam edəcək təlimlər DGK strukturuna daxil olan qurumların məsul şəxsləri üçün nəzərdə tutulub.
Məqsəd xüsusi həyati təhlükəli hallar zamanı həkimə qədər ilk yardımın göstərilməsi ilə bağlı bilgi verməkdir.
Təlim iştirakçılarına ilk yardım çantalarında olan vasitələrdən istifadə etməklə ilk yardımın göstərilməsinə dair nəzəri və praktiki məşğələlər keçirilir.
Təlimin sonunda gömrükçülər “İlk yardım” sertifikatı əldə edirlər.
Onu da bildirək ki, təlimləri DGK Tibbi Xidmət İdarəsi Sanitar-karantin xidmətinin ərazi üzrə baş müfəttişləri aparırlar.
Təlimlər Dövlət Gömrük Komitəsinin Bakı, Abşeron və Sumqayıt əraziləri üzrə Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında, Şimal, Cənub və Qərb əraziləri üzrə isə ayrılmış xüsusi otaqlarda keçirilir.

-
Kriminal19:24
Məhkəmə MTN generalı ilə bağlı yeni QƏRAR VERDİ
-
Nida Xəbər 19:03
İsrailin müdafiə naziri Bakıya etdiyi zəngdən danışdı: - "Bu gün səhər mən..."
-
Nida Xəbər 18:54
Mehman Əhmədli biznesmenin itinə meyxana deyib? - "Bir nəfər yaxınlaşdı ki..."/Video
-
Nida Xəbər 18:27
Daha bir Avropa ölkəsinin prezidenti Kiyevə gəldi
-
Sosial17:55
Bunu edənlərə 3 ilədək həbs cəzası veriləcək - YENİ MADDƏ
-
Sosial17:38
Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
-
Sosial17:05
Naxçıvanla Türkiyə arasındakı sərhəd açıldı - Yeniləndi
-
Magazin116:40
Roza Zərgərli ərə gedir: 13 namizədim var, birini seçəcəm - VİDEO