Sosial
BXA-dan YAP-ın 30 illiyinə möhtəşəm töhfə

Bakı Xoreoqrafiya Akademiyası Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirib.
Publika.az xəbər verir ki, konsertdə Mədəniyyət nazirliyinin, Elm və təhsil nazirliyinin əməkdaşları, Azərbaycan ali təhsil müəssisələrinin, xarici ölkə səfirliklərinin nümayəndələri, eləcə də, Nəsimi rayon İcra hakimiyyətinin nümayəndələri, YAP-ın üzvləri, YAP-ın Nəsimi rayon təşkilatının sədri, incəsənət və media nümayəndələri, ictimai fəallar və BXA-nın tələbə-müəllim heyəti iştirak edib. Konsert başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra BXA-nın tələblərinin ifasında “Azərbaycan”, “Sən yadıma düşəndə”, İspan xalq rəqsi “Flamenko”, “Məhəbbət haqqında”, Xalq rəqsi “Şələqoy”, Q.Qarayevin “Leyli və Məcnun” baletindən parça, Xalq mahnısı “Küçələrə su səpmişəm”, S.Raxmaninovun “Burevestnik”, Xalq rəqsi “Qartal”, Xalq rəqsi “Yüz biri rəqsi”, A.Adanın Jizel baletindən “Qalop”, Xalq mahnısı “Laçın”, Xalq rəqsi “İgidlər rəqsi”, L.Minkusun “Don Kixot” baletindən Kitrinin variasiyası, C.Cahangirovun “Ala göz”, Q.Qarayevin “Yeddi gözəl” baletindən parça, Ü.Hacıbəylinin “Cəngi” və sonda T.Ağayevanın “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” konsertin bütün iştirakçılarının ifasında ifa edilib.
Konsertin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.
Qeyd edək ki, konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və anşlaq olub.
Türkan Camal

-
Magazin100:45
Azərbaycanın məşhur cütlüyü evlənir
-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO
-
Kriminal5 Fevral 20:31
Gədəbəydə DƏHŞƏT: ata iki oğlunu bıçaqladı
-
Magazin25 Fevral 19:31
Evli qadınlar arasında ən gözəli o oldu - FOTO