Sosial
Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürüldü

Xural TV-nin həbsdə olan baş redaktoru Əvəz Zeynallının saxlanıldığı təcridxana dəyişdirilib.
Publika.az xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
O, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq.
Hazırda Ə.Zeynallının ibtidai istintaqı davam edir.
Xatırladaq ki, Ə.Zeynallı və vəkil Elçin Sadıqov "Baku Still Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra E.Sadıqov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

-
Hadisə09:52
Yevlaxda qəza: Avtobusun vurduğu qadınlardan biri öldü, digəri isə...
-
ABŞ07:23
ABŞ banan ölkəsi səviyyəsinə enib - Tramp
-
Ekologiya07:00
Bu gün Bakıda hava necə olacaq?
-
Magazin206:40
Şakiradan ayrılan futbolçu: "Çox xoşbəxtəm"
-
Qoroskop00:07
Bürclər bu gün nə vəd edir? - Hər şey göründüyü kimi deyil!
-
Qarabağ 25 Mart 23:18
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi
-
Hadisə25 Mart 22:05
Ermənilər İsveç - Azərbaycan oyununda təxribatlara hazırlaşırlar
-
Region25 Mart 21:45
AEBA-nın rəhbəri: "Nüvə riskinin azaldılması üçün..."