Sosial
"99 Allahın adı ilə..." - Özünü Ərtoğrula bənzədən direktor gülüş hədəfi oldu - VİDEO
Bakıda 124 nömrəli məktəbdə keçirilən Novruz şənliyi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, məktəbin direktoru Adil Əliyev qırmızı xalat və tac geyinərək özünü məşhur Türkiyə serialındakı Ərtoğrula bənzədib. O, zala daxil olarkən müavinləri "Qalxın, sultan gəlir" deyiblər. Direktor tədbiri də Ərtoğrulsayaq açıq elan edib. Sadəcə "Allahın 99 adı ilə.." sözləri əvəzinə "99 Allahın adı ilə.." deyib ki, bu da gülüşə səbəb olub. Amma insafən, Adil Əliyev inkişafdan da danışıb. Deyib ki, elə sürətlə inkişaf edirik, tezliklə Yaponiya, İsrail, hətta ABŞ-ı geridə qoyacağıq.
Direktorun özünü sultana bənzətdiyi tədbirdən yayılan görüntülər sosial şəbəkədə ciddi tənqid və qınaqlara səbəb olub.
124 saylı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Eminova isə Bakupost.az-a açıqlamasında Novruz şənliyinin məhz bu cür səhnələşdirildiyini, direktorun Ərtoğrul obrazini canlandırdığını etiraf edib:
"Burada qəbahət bir şey yoxdur. Təhsil İdarəsinə bu tədbir haqqında məlumat vermişik. Tabe olduğumuz idarədən xəbərsiz tədbir keçirməmişik. Görüntülərdə Novruz tədbiri olub. Sadəcə bunu sosial şəbəkədə başqa cür təqdim ediblər. Burda yanlış bir şey yoxdur. Ssenari üzrə çıxış olub. Ssenaridə Xanlıqlar dövrü təsvir olunub. Obraz olaraq Şəki xanı, Qarabağ xanı və s. canlandırılıb. Görüntülərdə direktor da var, şagirdlər də".
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı