Sosial
Vəzifəli şəxslər rüşvətə görə həbs olundular

Xəbər verildiyi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər idarəsində yol verilən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaq zamanı qeyd olunan idarənin sabiq rəisi Zaur Adilovun Səyyar vergi yoxlamaları şöbəsinin sabiq rəisi Əjdər Əliyevlə qabaqcadan əlbir olaraq Məhdud Məsuliyyətli Cəmiyyətdə səyyar vergi yoxlaması keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində rüşvət qismində tələb etdiyi 35 min manat məbləğində pul vəsaitinin 12 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.
Həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

-
Gözəllik19:36
Sızanaqlar bu səbəbdən yaranır - Kosmetoloq AÇIQLADI
-
Hadisə18:36
Teatrın avtobusunun qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO/YENİLƏNDİ
-
İdman18:19
"Qarabağ" "Neftçi"nin "ÜRƏYİNİ" APARIR: mövsümün ən səs-küylü keçidi
-
Qarabağ 17:14
Laçın postunda son vəziyyət: ermənilər yoldan necə keçir?
-
Nida Xəbər 16:01
İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - FOTO
-
Sosial15:33
Yeniyetmə qızlar və sosial şəbəkələr: QORXULU TƏSİR - ARAŞDIRMA
-
Nida Xəbər 15:13
Ermənistan ordusu sərhəddə aktivləşdi - VİDEO
-
Dünya14:38
36 milyardı götürüb ölkəni tərk etdilər