Sosial
Smart tipli qaz sayğaclar LƏĞV EDİLİR: yerinə bu sayğaclar quraşdırılacaq
Azərbaycanda pilot layihə çərçivəsində 40 min abonentin mənzilinə “ağıllı” sayğac quraşdırılıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib.
Onun sözlərinə görə qurum “ağıllı” sayğacların quraşdırılması prosesinə MTK-lardan başlayıb:
“40 min civarında mexaniki tipli sayğacı “ağıllı” sayğaca çevirən cihazlar quraşdırılıb. Hansı ki, MTK-da yaşayan abonentlərin bütün məlumatlarını, hansı limitdədir, borclarını və sərfiyyatının nə qədər olduğunu o sayğaclarda görmək olur. Mərhələli şəkildə bu sayğacların digər binalara və fərdi yaşayış evlərinə də koordinasiyasını təşkil edəcəyik”.
Eldəniz Vəliyev əlavə edib ki, sözügedən sayğaclar kütləvilik xarakteri daşıyacaq və bütün abonentlər bir sistemin daşıyıcısı olacaq:
“Quraşdırılan “ağıllı” sayğaclar “Azəriqaz” İB-nin öz maddi hesabına həyata keçirilir. O ki qaldı smart tipli sayğaclara da o cihazın qoyulub-qoyulmamasına, bu sayğaclar əvvəlcədən ödənişli olduğuna görə onlara tətbiq olunmayacaq. Bilirsiz ki, yavaş-yavaş smart tipli sayğacların dövriyyədən çıxarılma prosesi gedir.
Gələcəkdə bu sayğaclar daha modern və ağıllı sayğaclarla əvəzlənəcək. Yəni fərdi yaşayış evləri də xüsusi cihazlarla təchiz olunmuş sayğaclara keçəndən sonra mərhələli şəkildə smart tipli sayğaclar dövriyyədən çıxacaq”, - deyə qurum rəsmisi əlavə edib.
Məlumat üçün bildirək ki, “ağıllı” sayğacların ən əsas üstünlüyü ondan ibarətdir ki, onlar təkcə istehlak edilmiş qazla bağlı məlumatları deyil, həm də özünüdiaqnostika, fövqəladə vəziyyətlər və nasazlıqlar barədə məlumatları da ötürür.
Cihaz həmçinin idarə olunan qaz parametrlərinin icazə verilən həddən artıq olub-olmamasına da nəzarət edir. Qazın verilməsində nasazlıqlar yaranarsa, göstəricilər sistem tərəfindən qeydə alınır və cihazın yaddaşında saxlanılır, sonra avtomatik olaraq “Azəriqaz” serverinə ötürülür.
-
Nida Xəbər 17:15
İlham Əliyev Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 15:16
Dünya liderləri Bakıda onları izlədilər - VİDEO
-
Nida Xəbər 13:48
"Onlara pis xəbərim var: biz dünyaya deyirik ki..." - Prezident
-
Dünya13:18
Bu ölkədən Rusiya etirafı: müharibədə bir neçə gün...
-
Nida Xəbər 11:00
Mehriban Əliyevadan Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
-
Sosial10:37
"Veteran pulu" artırılır? - Sahil Babayevdən MÜHÜM AÇIQLAMA
-
Nida Xəbər 10:30
COP29-dan sonra məktəb və universitetlərdə... - Əmrullayev açıqladı
-
Nida Xəbər 09:10
Yüksəkvəzifəli məmurlar COP29-da - FOTOLAR