Cəbrayıl belə inşa olunur
Bizi izləyin

Sosial

Cəbrayıl belə inşa olunur

Cəbrayılda şəhərin Baş planına uyğun olaraq tikinti-quruculuq işləri davam etdirilir.

Publika.az xəbər verir ki, Baş plana əsasən, ümumi ərazisi 625 hektar olacaq müasir Cəbrayıl şəhəri əvvəlki şəhəri və yaxınlıqdakı 5 kəndi əhatə edəcək.

Layihədə Çaylaqçay ətrafında şimaldan cənuba doğru uzanan şəhərin mərkəzi hissəsində təklif olunan “yaşıl zolaq” əsas onurğa rolunu oynayacaq.

Hazırda şəhərdə 960 şagird yerlik tam orta məktəbin tikintisi sürətlə davam edir. Həmçinin yaşayış məhəlləsinin təməli qoyulub və tikinti işləri gedir.

Məhəllədə 33 binanın inşası nəzərdə tutulub. 2026-cı ilin sonunadək 712 mənzilin təhvil verilməsi, həmin mənzillərdə təqribən 3800 nəfərin məskunlaşdırılması planlaşdırılır. 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15 min nəfərin yaşayacağı proqnozlaşdırılır.

Əhalinin 82 faizinin az və orta mərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşaması planlaşdırılıb.

Baş planda ictimai-işgüzar zona üçün 23 hektara yaxın ərazi ayrılıb. Burada inzibati və ofis binaları, mərkəzi meydan, mədəniyyət, ictimai-iaşə və turizm obyektləri yerləşdiriləcək.

Bundan başqa, şəhərdaxili yol profillərində təxminən 60 kilometr uzunluğunda piyada və velosiped yollarının salınması nəzərdə tutulub. Cəbrayıl şəhərində küçə-yol şəbəkəsinin ümumi uzunluğu 45 kilometrdən çox olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm