Sosial
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə kursları keçirdi - Foto

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları keçirilib.
Publika.az xəbər verir ki, keçirilən kurslarda Mərkəzin zabitləri ilə rayon fövqəladə hallar və mülki müdafiə şöbələrinin əməkdaşları iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.
Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.





-
Sosial01:41
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
-
Sosial00:15
Qənirə Paşayevaya görə Heydər məscidində izdiham - FOTO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: romantik münasibətlər başlanacaq
-
Sosial28 Sentyabr 22:53
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO
-
Qadın28 Sentyabr 22:45
Niyə bəzi qadınlar arıqlaya bilmir? - Həkim bütün SİRRİ AÇDI
-
Sosial28 Sentyabr 21:40
Qənirə Paşayevanın dəfn yeri AÇIQLANDI
-
Sosial28 Sentyabr 21:24
"Bəlkə 50 yaşa çatmadım..."
-
Dəb28 Sentyabr 20:48
Bu gözəlləri izləmək üçün 6200 dollar ödəməlisiniz - FOTO