Sosial
Varlı və ya kasıb olduğunuz üz cizgilərinizdən bəlli olur - FOTO
Şotlandiyada aparılan araşdırmaya görə, dar üzlü və açıq dərili insanlar varlı, geniş üzlü və solğun dərili insanlar isə kasıb kimi qəbul edilir.
Publika.az xəbər verir ki, Şotlandiyanın Qlazqo Universitetinin komandası “Hansı üz cizgiləri sizi zəngin göstərir?” mövzusunda araşdırma aparıb. Qərb ölkələrindən olan iştirakçılarla aparılan araşdırma yalnız insanların qavrayışına əsaslanaraq hansı üz xüsusiyyətlərinin yüksək və ya aşağı sosial statusla əlaqəli olduğunu müəyyən edib.
“Nəticələri "Journal of Experimental Psychology”də dərc olunan araşdırmaya görə, "daha dar üzlü, yuxarıya doğru gülümsəyən ağızlı, qaldırılmış qaşları, bir-birinə yaxın olan gözləri və açıq və isti dəri tonu" olan insanların daha zəngin göründüyünü düşünürlər. Bu üz xüsusiyyətləri də "etibarlılıq, bacarıq və enerji" ilə əlaqələndirilir. “Geniş, qısa və yastı üz quruluşu, aşağı ağızlı və daha tünd dərili” insanlar aşağı sinif, daha az etibarlı və bacarıqsız kimi qəbul edilir.
Araşdırmada, adları çəkilməsə də, qeyd olunan üz cizgilərinə hər ikisi milyarder olan “Facebook”un baş direktoru Mark Zukerberq və "Amazon" şirkətinin rəhbəri Cess Bezosun uyğun gəlməsi diqqət çəkib.
Aysel Şahmar
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:10
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu