Sosial
Prorektoru qətlə yetirən şəxsin anası fəryad etdi - "Nə deyiblərsə..."
"Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Məlahət Quliyeva ifadə verib.
O bildirib ki, təqsirləndirilən Samir Quliyevin anasıdır.
Onun sözlərinə görə, digər təqsirləndirilən Dəyanət Quliyev yaxın qonşusu olub, təqsirləndirilən Müşfiq Atakişiyevi isə tanımayıb.
Şahid qeyd edib ki, övladını halal zəhmətlə böyüdüb: "Samir çox yaxşı övlad olub. Evimizdə bir becənin də başını kəsməyib. And içirəm o tək Allaha ki, düzgün danışıram. Oğlum heç vaxt cinayətə meyilli olmayıb".
O söyləyib ki, Dəyanət Quliyev həbs olunandan sonra oğlu Samir Quliyev narahat olmağa başlayıb: "Oğlum daha sonra mənə dedi ki, mama, belə bir hadisə olub, yaşlı kişi qətlə yetirilib, həmin hadisədə mən iştirak etmişəm. Mən də oğluma dedim ki, gərək etməyəydin. Bir hadisədir, baş verib, gərək olmayaydı. Mərhum həyata qayıda bilsəydi, mən öz həyatımı ona qurban verərdim".
Məlahət Quliyevanın sözlərinə görə, oğlu ilə söhbətdən ona məlum olub ki, bu işlə bağlı Samirlə Dəyanət arasında pul söhbəti olub: "Oğluma dolanışığa kömək edəcəyini, ev tikməyinə yardım edəcəyinə söz verib. Amma bu vədləri yerinə yetirməyib. Oğlum rayonda daxmada yaşayıb. Bütün bunları mənə oğlum Dəyanət həbs olunandan bir müddət sonra danışıb".
Şahidin istintaqa verdiyi ifadəsi elan edilib. Daha sonra qeyd edib ki, oğlunun sözlərindən ona məlum olub ki, Müşfiq Atakişiyevin sifarişi ilə 30 min dollar müqabilində bu cinayəti törədib: "Amma həmin vəsaiti oğluma verməyiblər. Oğlumun sözlərinə görə, 300-500 manat veriblər. Sonradan oğlum Müşfiqlə görüşmək istəyib. Amma Dəyanət buna imkan verməyib. Oğlum da belə başa düşüb ki, Dəyanət onun adından Müşfiqdən pullar alıb, amma ona verməyib. Buna görə də onun Müşfiqlə görüşməsinə imkan verməyib".
Şahid Məlahət Quliyeva ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, oğlu burada günahkar deyil, o, qurban olub: "Oğlum cahil idi, heç bir savadı olmayıb. Ümumiyyətlə həmin adamı belə tanımayıb. Nə desəydilər, onu da edərdi. Bir ana kimi onun bağışlanmasını istəyirəm".
Növbəti proses fevralın 21-də davam edəcək.
İttihama görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.
İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sifariş əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşfiq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, onun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən olunub.
İttihamda qeyd edilib ki, təqsirləndirilən Müşfiq Atakişiyev “Təfəkkür Universiteti”nin rektoru işləyərkən universitetin prorektoru Tariyel Əhmədovu özünə rəqib hesab edib, gələcəkdə onun rektor ola biləcəyini düşünüb.
Atakişiyev belə qənaətə gəlib ki, Əhmədovu aradan götürməklə işləri həll edə bilər. O, bu haqda bacısı oğlu, polis əməkdaşı Dəyanət Quliyevlə danışıb. O, Dəyananətə T.Əhmədovu maşınla və ya küt alətlə vurmağı tapşırıb.
Dəyanət Quliyev bundan sonra uşaqlıq dostu Samir Quliyevlə görüşüb, prorektoru öldürmək üçün ona 40 min dollar pul verib. Plana görə, prorektor səhər gəzintisinə çıxan vaxt Samir onu vurmalı idi.
Samir Quliyev bir neçə gün izləmədən sonra səhər saat 4-5 radələrində gəzintiyə çıxan T.Əhmədovu tək yaxalayıb. O, əlindəki dəmir boru ilə bir neçə dəfə Əhmədovun baş nahiyəsindən güclü zərbə endirib, daha sonra cinayət alətini kimsəsiz əraziyə ataraq hadisə yerindən qaçıb.
Müşviq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məlum olub ki, təqsirləndirilən Dəyanət Quliyev hadisə vaxtı daxili işlər orqanlarında işləyib. O, 2000-ci ildən 2020-ci ilə kimi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.
Həmçinin Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı