Sosial
“Shokki Mokki” inklüziv təhsilə dəstək verməyə davam edir
“Shokki Mokki” Bakıda və bölgələrdə uşaqların təhsil və inkişafına töhfə verməkdə davam edir.
Belə ki, adıçəkilən marka UAFA təşkilatı ilə birgə “Məktəbim” layihəsi çərçivəsində bölgələrdə yaradılmış məktəbəqədər təhsil ocaqlarının sayını artırır.
Mütəmadi olaraq, marka və təşkilat tərəfindən xanım sahibkarların xüsusi metodologiya ilə apardığı hazırlıq prosesinə nəzarət edilir, valideynlərlə məsləhətləşmələr aparılır.
Bu dəfə inklüziv təhsil imkanı yaradan layihənin xoşməramlı səfirləri tanınmış simalar Fira Cəlilova və Saleh Nəsirov Hacıqabul rayonunda yerləşən “Məktəbim” təhsil ocaqlarını ziyarət ediblər.
Layihənin tanıdılması və qadın sahibkarların dəstəklənməsinə töhfə verən məşhurlar mütəmadi olaraq, paytaxt və bölgələri ziyarət edərək, məktəbəqədər təhsilin vacibliyindən danışırlar.
Qeyd edək ki, milli markamız “Shokki Mokki” “Xoşbəxt gələcəklər” şüarı altında UAFA təşkilatı ilə bərabər yola çıxaraq, Azərbaycanın fərqli bölgələrində artıq 50-dən çox “Məktəbim” təhsil müəssisəsinin fəaliyyətə başlamasına dəstək verib. Layihə çərçivəsində 70-dən çox qadın sahibkarın şəxsi biznes qurmağa və 100-lərlə azyaşlının məktəbəqədər təhsilə çıxışına şərait yaradıb. Layihənin məqsədi bölgələrdə keyfiyyətli təhsil ilə yanaşı, xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün də inklüziv tədris imkanları yaratmaqdır.
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı









.jpg)



























