Bu insanların psixologiyası daha pis haldadır
Bizi izləyin

Sosial

Bu insanların psixologiyası daha pis haldadır

1981-1996-cı illər arasında doğulan insanların psixi sağlamlığının digər nəsillərə nisbətən daha pis olduğu müəyyən edilib.

Publika.az xəbər verir ki, araşdırmanın aparıcı müəllifi Dr. Richard Morris Y nəslinin digər nəsillərlə müqayisədə yaşlandıqca zehni inkişaf göstərmədiyinə və psixi sağlamlığın pisləşməsində sosial medianın böyük rol oynadığına diqqət çəkib.

Klinik psixoloq Dila İmerek bunları deyib: "Y nəsli küçələrdə oyun oynayaraq böyüyən bir nəsildir. Onlar digər nəsillər kimi texnologiya ilə böyümədikləri üçün bu dövrə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu qarışıqlıq Y nəslinin psixoloji, sosioloji və fizioloji baxımdan daha çox təsirlənməsinə səbəb olur".

Ekspert Emre Başçı isə bildirib ki, Türkiyədə 24-29 və 30-39 yaş qruplarında çalışanların daha yüksək səviyyədə narahatlıq yaşadıqları müşahidə olunur: "Araşdırmamıza qatılan təxminən 2 500 nəfərin yüzdə 45-i keçən illə müqayisədə daha ümidsiz olduqlarını deyiblər. Yalnız yüzdə 24-ü ümidli olduqlarını bildirib".

İnsan resursları üzrə məsləhətçisi Ayşe Topaktaş: "Y nəsli xoşbəxt olmaq istəyirsə, çoxlu idman etməli, meditasiya etməli, təbiətlə barışmalıdır. Unutmaq olmaz ki, onlar yaradıcı və məsuliyyətli insanlardır".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm