Geomaqnit sahəsinin qeyri-sabit səviyyələrdə olacaq
Bizi izləyin

Sosial

Geomaqnit sahəsinin qeyri-sabit səviyyələrdə olacaq

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Publika.az xəbər verir ki, rəsədxanadan bildirilib ki, Günəşin fəallığı artıb.

Alışmalar nəticəsində tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 6 ləkə qrupunda 114 ləkə və tac dəlikləri müşahidə olunur. Günəş küləyinin maksimal sürəti 459 kilometr/saniyəyədək artıb.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə bir qədər yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin TKA və tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə bir qədər artacağı gözlənilir.

Geomaqnit sahəsinin G1 (zəif qasırğa) səviyyəsinədək yüksəlmək ehtimalı var. Sonrakı günlərdə isə TKA və tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə sakit, lakin qeyri-sabit səviyyələrdə olması proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm