Sosial
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşdü - FOTOLAR
“Bakcell”in Baş İcraçı Direktoru Klaus Müller Xankəndi şəhərində jurnalistlərlə görüş keçirib.
Publika.az xəbər verir ki, görüşün əsas məqsədi “Bakcell”in Xankəndi şəhərində yeni açılmış mağazasını ziyarət etmək və mətbuat nümayəndələrinin suallarını cavablandırmaq olub.
Tədbir zamanı azad olunmuş ərazilərdə “Bakcell”in qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk “Bakcell” mağazasının istifadəyə verilməsi vurğulanıb.
“Xankəndi şəhərinin mərkəzində yerləşən yeni mağazamızda yüksək keyfiyyətli xidmətlərimizi təqdim etməkdən çox qürurluyuq. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında infrastrukturun daha da genişləndirilməsi və ən sürətli mobil şəbəkə xidmətlərinin təqdim olunması şirkətimiz üçün prioritet məsələdir”, - deyə Klaus Müller bildirib.
Qeyd edək ki, “Bakcell” şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO