Sosial
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı
Bakı Konqres Mərkəzində mayın 1-də öz işinə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yekunlaşıb.
Publika.az xəbər verir ki, Forum çərçivəsində 12 panel müzakirə və dörd plenar sessiya keçirilib.
Tədbirdə müzakirə olunan mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər vacib sahələri əhatə edib. Foruma 100-dən çox ölkəni təmsil edən 700 qonaq qatılıb.
Məlumata görə, yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar Azərbaycanın 30 illik işğaldan azad edilmiş əraziləri ilə tanışlıq məqsədilə mayın 3-də Şuşa və Ağdama səfər edəcəklər. Tədbir çərçivəsində Ağdam və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulub.
Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev keçirilən tədbiri mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunduğu çox mühüm beynəlxalq platforma kimi qiymətləndirib:
“Mən burada Forumun proqramına baxdım. Görürəm, o, çox geniş proqramdır, bir çox sahələri əhatə edir. Gündəlik həqiqətən genişdir - mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka. Mən məhsuldar müzakirələr arzu edirəm.
Əminəm ki, bu müzakirələr və o cümlədən Forum zamanı irəli sürülən ideyalar bizə yanaşmaları formalaşdırmağa imkan verəcək ki, mədəniyyətlərarası dialoqu necə gücləndirək, biz necə edək ki, mövcud və potensial hədələri aradan qaldıraq”
-
Magazin119:12
Pərvinin rejissorla elə görüntüləri yayıldı ki... - VİDEO
-
İdman18:53
Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşdü
-
Nida Xəbər 18:10
Müdafiə naziri idarə rəisini İŞDƏN ÇIXARDI
-
Dünya17:43
Rusiyanın Zelenskiyə cavabı gecikmədi: Vladimir getdikcə...
-
Səhiyyə17:05
Doğum səviyyəsinin aşağıdüşmə səbəbi bəlli oldu: Çünki qadınlar...
-
Rəsmi xronika16:15
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi - Yeniləndi
-
Sosial16:05
Bu ərazilərimizə qar yağdı - FAKTİKİ HAVA
-
Sosial15:33
Ramiz Tahirovun yerinə təyin olunan komandan kimdir?